adalet.az header logo
  • Bakı -°C

Kəndinə oxşayan adam... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
82 | 2026-03-04 12:58
A- A+

...Dünyada o adam xoşbəxtdir  ki, heç kimə yox, öž kəndinə, öz elinə, öz torpağına oxşayır... Təbii ki, öz torpağına oxşayan insanı Allah və el- oba da çox istəyir... Mənim tanıdığım və lap çox istədiyim yazıçı, şair, publisist , dramaturq , böyük ziyalı, böyük insan Seyran Səxavət də belə şəxsiyyətlərdəndir. Çünki Seyran Səxavət göy üzü kimi təmiz, bulaq suyu kimi təmiz bir yazardı.Elə mənim ailəm, övladlarım və nəvələrim də buna görə onu çox istəyirlər. Allah and olsun, onlar Seyran müəllimi həyatda görməyiblər, ancaq televizorda görüblər.

Səmimi , bal kimi şirin danışdığını görə onu çox istəyirlər.Bunu Seyran qardaşımız da gözəl bilir. Çünki mənə zəng edib, hal-əhval tutanda birinci balalarımı, nəvələrimi soruşur.Və bu səmimiyyətinə  görə , mənim də balalarım ona" Seyran Səxavət yox, Seyran  əmi "- deyirlər. Onu əmiləri Qürbət qədər, Elxan qədər çox istəyirlər. Və bir də onu görə çox istəylər ki, onların dayısı, uzun müddət Füzuli rayon Məhkəməsinin  sədri isləmiş Məmməd Kərimovla  möhkəm dost olublar. Məmməd  Kərimov Azərbaycan məhkəm sistemində xüsusi çəkisi olan, ən ədalətli hakimlərdən  biri olub və bu gün də Füzuli camaatı onu böyük  hörmətlə xatırlayır.Çünki harda hakim işləyibsə, heç vaxt haqqı- nahaqqa   verməyib.

Seyran müəllimlə Məmməd Kərimovun doatluğu rəhmətə gedən kimi də davam edib.Seyran Səxavət rayona gələndə  ona çox adam qonaqlıq vermək istəyirdi.Ancaq ən çox çörək kəsdiyi insanlar Məmməd Kərimov, poçtalyon Qadir və Adil Hacıyev idi.Onlar üçü bir yerdə" Cənlibel" də  və Füzulinin digər gözəl məkanlarında   o qədər çörək kəsiblər ki!   Seyran Səxavətin böyük yazıçı kimi bir- birindən gözəl , şeirləri, hekayəlri , romanları  , povestləri, müshibələri var." Daş evlər" , " Nekroloq", " Qızıl teşt" , "Qaça-qaça" , " İt intevusu" və ən nəhayət " Ağdamada  Qədir Rüstəmovla at- üstü söhbət"...

Bu bədii əsərlərin hər biri  Azərbaycan ədəbiyyatında  ədəbi hadisədir. Və bir də Seyran Səxavətin nəinki əsrləri, hətta hər cümləsi , hər deyimi belə ədəbi hadisədir.Bizim boyük müəllimimiz BDU- nun professoru, yazıçı - publisist, tənqidçi rəhmətlik Qulu Xəlilov hər dəfə mühazirələrində  deyərdi ki, Azərbaycan dilinin zənginliyin, şirinliyin və kolaritin bilmək istəyirsinizsə, mütləq.Süleyman Rəhimovu, Mirzə İbrahimovu, Əli Vəliyev oxuyun. Biz də həmin yazıçıların romanlarını, povestlərini, hekayələrini oxuduq gördük ki, Qulu məllim düs deyirmiş onlar Azərbaycan dilini nə qədər zəngilməşidrib, nə qədər şirinləsdiriblər. Bax Seyran Səxavətin də əsərləri Azərbaycan dilinə beləzənginləşdirib, bal qatıb.Çünki o , xalqın dilində yazır və danışır.

Seyran Səxavət deyir ki, bir dəfə mamamgildə( Qarabağda atının bacısına mama deyirlər) idim. Gördüm çöldə hamı danışır , amma bir qadına danışmağa imkan vermirlər. Buna mamam dözməyib dedi:" Aaz, imkan verin bu gəlində  sözün desin dana . Axı, söz ağızda iylənəndi...! Bir dəfə bunu dilimizlə bağlı yığıncaqda dedim. Dedim ki, professor siz deyilsiniz ey, mənim mamamdı...       Seyran Səxavət Azərbaycan mətbuatı tarixində   şedevr bir müsahibə qələmə  alıb:" Ağdamda Qədir Rüstəmovla at- üstü söhbət "Bu yazı ötən əsrin 79- ci illərində " Ulduz " jurnalında  dərc olunub. Çox unikal və qeyri -adi bir müsahibədir.Orada bir epizod yadıma düşür:"- Qədir, sən və  vaxt sevinirsən?"  Cavab verir:"- Balalarım sevinəndə , mən də sevinirəm!..."  Nə qədər səmimi  və nə qədər  orijiy bir çavab! Əgər bir ata övladın sevindirə bilmirsə, bundan acı həyat yoxdur.Övladın üzü gülürsə, bax onda ata xoşbəxt olur.

Bu müahibə  yenidən  çap olunmalı və  jurnalistika  fakültələrində  tədris  olunmalıdır. Çünki bu gün mediada belə müsahibələr  yoxdu...  Çox şirin , səmimi  danaşan adam görmüşəm, amma Seyran Səxavət kimi şirin danışan adam  görməmişəm.Onun televizyalardakı çıxışına baxan və dinləyən  hər adam  onun şöhbətinin bal kimi şırin söhbətinə  heyran olur... Belə ki, onun hər çıxışı  ,.hər söbəti möhtəşəm bir mənzərə  yaradır. Düşünürsən ki, ancaq bu sözləri Seyran Səxavət deyə bilər. Seyran müəllimin çox hikmətli deyimləri var .Birini yada salaq: " İnsan  hər şeyə yaltaqlana  bilir, ancaq ölümə yaltaqlana bilmir..." Vallah,Seyran müəllim, insan ölümə də yatqlanır, amma bu dünyada olduğu kimi, Allahı aldada  bilmir. Bəzi adamlar elə bilirlər ki, Allaha yaltaqlanıb, Cənnətə düsəcək, yaxud da ölümdən xilas olacaq! Ancaq belə deyil; hər  bir əməlin haqq- hesabı var!  

 Seyran müəllim Siz 80 il  şərəflə, kişi kimi yaşamısınız . Və heç bir qüvvə Sizi əyməyib! Çünki həmişə haqqın, ədalətin, dürüstlüyün , insanlığın, sevginin, işıgın yananda olmusunuz. Və ən nəhayət  xaqın içində olmusunuz  , dövlətə  və xalqa numusla xidmət etmisiniz. Və heç vaxt paxıllıq , xəyanət nə olduğunu  bilməmisiniz , qələmə  xəyanət etməmisiniz! Ona görə də  xalq öz kəndinə, öz torpağına və özünə oxşayan adamı- Seyran Səxavəti çox istəyir. Manaf Ağayevin sözu olmasın , səni bağtıma basıb öpürəm! Səksənin  mübarək!!! Amma sizə səksən yox , əlli yaş vermək olar. Çünki ruhunuz , ürəyiniz , qəlbiniz  təmizdir! Sizin barənizdə  75- də yazdım, 80- də yazıram və Allah ömür  versə , 90- da da  yazaram!!!

TƏQVİM / ARXİV