adalet.az header logo
  • Bakı -°C

Darıxdığım adam: Səməndər Məmmədov! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
75 | 2026-05-01 19:00
A- A+

Kim nə deyir desən, dünyada elə adamlar var ki, onların yerini heç kəs verə bilmir. Və həmişə onların yeri görünür, eləcə də bu insanlar üçün həmişə darıxırıq.Hətta dünyalarını dəyişsələr belə! Çünki hara gedirik ,sanki onları görürük... Səsini eşidirik... Nəfəsini duyuruq... İzini  görürük...

Bir aydan çoxdur ki, itirdiyim 35 illik dostum və qonşum , müəllimlər müəllimi, yazıçı - publisist, Azərbaycan Yazıçılar Biliyinin üzvü , böyük ziyalı və gözəl insan Səməndər  Eyvaz oğlu Məmmədov da belə şəxsiyyətlərdəndir.Bir aydan çoxdur ki, Səməndər qardaşımız Allahın dərgahına qovuşub... Və yəqin ki, çox istədiyi Zəlimxan Yaqubla ruhları görüşüb və hər ikisi o dünyada bir- birinə sökənib rahat uyuyurlar...

Fərman qardaşımız deyir ki,dünənə qədər Səməndərin ölümünə inanmırdım . Bu cümə axşamı qəbiristanlığa ziyarətinə getdim , qəbirüstü abidəsini gördüm ölümünə inandım. Onun qəbirüstü abidəsi də çox möhtəşəmdir.O, daşa dönüb və əbədiyyətə  qovuşub. Sonra anladım ki, o daş deyil, onun sevənlərin, eləcə də mənim ürəyimə köçüb. Bax , onda bir az təsəlli tapdım !!! Səməndər Məmmədov çox böyük insan idi.

O, əsl Azərbaycan kişisiydi; əməli, sözü, əxlaqı böyük! Və böyük insanların həmişə də dünya boyda  böyük ürəyi olur. O deyirdi ki, bir dəfə kabinetdə əyləşmişdim. Katibə gəlib dedi ki, müəllim, sizi bir imkansız qadın görəmək istəyir. Dedim , buyursun! Qadının çox yazıq və fağır görkəmi vardı. Ağlaya- ağlaya danışırdı. Onu axıra qədər dinlədim. Məlum oldu ki, xanımın həyat yoldaşı həbsxanadadır. Çətinliklər var və iki uşağı məktəbə getmir.Hər iki uşağı məktəbə qəbul elədik və xanım dedim ki,narahat olmayaın , onlar məktəbi bitirənə kimi gözüm üstələrində olacaq .

Bu sözlərimdən sonra  o ağlamadı və çöhrəsində   sevinc yarandı. Və mən o uşaqlara öz balam kimi, baxdım, uşaqlar ali məktəbə qəbul oldular.Bir gün gördüm ki, həmin qadın əri də yanında məktəbə gəlib. Özü də hədiyyə  gətiriblər. Həbsxanadan çıxan həyat yoldaşı dedi ki, mən sənin kimi namusu, qeyrəti adamı tanıdığıma  görə çox şadam. Mənim ailəmə  , uşaqlarıma kömək etdiyinə görə, minnətdarıq.

Bunu ancaq sizin kimi mərd insanlar edə bilər. Xanımım hər şeyi mənə danışıb və o həmişə sənə dua edib. Səməndər  müəllim hədiyyəni qəbul eləmir , qaytarır  və deyir ki, mənim üçün ən böyük hədiyyə sizin   alqışınızdı... Səməndər  müəllim belə mərd, təmənnasız  yaxşılıq eləyən  böyük kışilərdəndir!!!  O,hamını birləşdirməyi, bir - birinə yaxınlaşdırmağı bacaran  bir ziyalı idi. Hətta küsülü dostları barışdırardı və heç kim də onun sözündən çıxmazdı!

Hər həftə " Faxralı" kafesində  qohumları bir süfrə arxasına yığar, onlara qonaqlıq verər, dadlı- duzlu söhbətlər edər, gözəl şeirlər dəyərdi. Xüsusilə də Xalq  şairi Zəlimxan Yaqubdan saatlarla söhbət açar, onun poeziyasıdan danışmaqdan doymazdı... Dostları  Məhərrəm Qasımlı, Musa Nəbioğlu, Əlabbas, Yaşar,Şikar,  Fərman bu gün də Səməndər müəllimin ölümünə inanmırlar. Əgər bu dostlar varsa, minlərlə şagirdi, doğnaları hər  gün  bu böyük ziyalını, bu böyük insanı  xatırlayırsa, Səməndər müəllim yaşayır...

Hər gün telefonla danışdığım  və darıxdığım adam- Səməndər  qardaşımız , sən bizim ürəyimizdəsən. O  günü sənə  zəng eləmişdim... cavab vermədən... Amma axşam yuxuma gəldin... Və dedin ki,  yerim çox rahatdır, narahat olmayın... Burda telefon  tutmur...  Ancaq  ürəyimiz bir- birimizi tutur...  Yerin Cənnət olsun, qardaş! Hər an, hər dəqiqə  bu dünyada sənin yerin görünür . Və sənin yerini heç kim verə bilmir ey!!!

TƏQVİM / ARXİV