Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - Fotolar

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Digər Xəbərlər
28 Oktyabr 2025 19:36 Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir - Prezident
28 Oktyabr 2025 18:50 Sahibə Qafarova rumıniyalı həmkarı ilə müzakirə apardı
28 Oktyabr 2025 18:15 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 Oktyabr 2025 17:49 "Zəfərimiz bütün dünyaya səs salıb" - İlham Əliyev
28 Oktyabr 2025 17:10 Ceyhun Bayramov Omana getdi
28 Oktyabr 2025 16:27 Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
28 Oktyabr 2025 16:26 Parlament Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək
28 Oktyabr 2025 11:25 

Bakı -°C 







