28 Oktyabr 2025 19:36
82
SİYASƏT

Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir - Prezident

Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir.

Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə söyləyib.

“Böyük Qayıdış” Proqramının başlanğıcının da Zəngilan rayonunda qoyulduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır”.