Polis dabaq xəstəliyinə qarşı saxta dərman hazırlayan şəxsləri saxladı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.
Adalet.az xəbər verir ki, tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar.
Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb.
Onlara məxsus Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və sair sübutlar polis tərəfindən aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
28 Oktyabr 2025 19:09 Prezident sakinlərə mənzillərin açarlarını təqdim etdi - FOTOLAR
28 Oktyabr 2025 18:02 "Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır" - Dövlət başçısı
28 Oktyabr 2025 17:38 Azərbaycan və Serbiya artilleriyaçılarının birgə təlimi - VİDEO
28 Oktyabr 2025 17:20 Rövşən Rzayev vətəndaşların problemini dinlədi
28 Oktyabr 2025 16:29 Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
28 Oktyabr 2025 16:09 Ağamalı ailəsindəki qalmaqalın səbəbi bilindi - Başqa oğlu da var imiş
28 Oktyabr 2025 15:55 İlham Əliyev məscidinin təməlini qoydu - FOTOLAR
28 Oktyabr 2025 15:54 

Bakı -°C 






