Ağamalı ailəsindəki qalmaqalın səbəbi bilindi - Başqa oğlu da var imiş
Son günlər partiyasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yeni faktla medianın gündəminə düşür.
Adalet.az "Oxu24.com"a istinadən xəbər verir ki, keçmiş deputatın hər kəsdən gizlətdiyi bir oğlu da var imiş.
Məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb.
Almaniyadakı mənbənin verdiyi məlumata görə, İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sank-Peterburq şəhərinə göndərib.
CityPost.az saytının yazdığına görə, ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər. Son illər orada yaşayırlar.
Mənbənin verdiyi məlumata görə, İlqar (Oleq) yay aylarında Bakıya istirahətə gəlir. Bu zaman onun atası ilə də görüşdüyü bildirilir. İlqar Ağamalıyev hazırda biznes fəaliyyəti ilə məşğuldur.
Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı faktı təsdiqləyib. Bunu “cavanlıq səhvi” adlandırıb.
“Hər kəsin gənclikdə səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki? Cinayət deyil ki?Hər kəsin şəxsi həyatı ola bilər... Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur. Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv etdiyimi demişəm. Ondan bu səhvə görə üzr istədim. Vəssalam... Bunun heç kimə dəxli yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib... Burda qəribə nə varki?”, - deyə Fəzail Ağamalı bildirib.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

