adalet.az header logo
  • Bakı -°C
13 Dekabr 2025 19:00
80
İDMAN
A- A+

"Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi

"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"u səfərdə məğlub edib.

Adalet.az-ın məlumatına görə, XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.

Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.

Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.