adalet.az header logo
  • Bakı -°C
01 Mart 2026 22:26
75
İDMAN
A- A+

"Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər" - Qurban Qurbanov

Misli Premyer Liqasının XXII turunda "Sabah"la qarşılaşan "Qarabağ"ın futbolçuları rəqibin gücünü tam bilməyib.

Adalet.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra deyib.

Mütəxəssis rəqibin gücünə də toxunaraq, gələcək matçlarda daha diqqətli olmağın vacibliyini vurğulayıb:

"Belə hallar olur. Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər. Çünki rəqib çox yaxşı formadadır, son 10 oyunda məğlub olmayıblar. Bu gün heç-heçə qeydə alındı, futbolçulara deyəcək sözüm yoxdur. Sadəcə, görünür ki, qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq və fikrimizi tam oyuna yönəltməliyik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçı 3:3 hesabı ilə yekunlaşıb.