"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
Bakıda daha bir bazar sökülür...
Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkalar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.
Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlincə isə qeyd olunub ki, obyektlərin müvəqqəti əraziyə köçürülməsi həyata keçirirldiyi üçün onlar arasında hələ ki, narazılıq yoxdur. Sahibklarların məlumatına görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Onlara istədikləri təqdirdə tikinti başa çatdıqdan sonra həmin obyektdə fəaliyyət göstərə biləcəkləri deyilib.
O da bildirildi ki, ərazi özəl mülkiyyətdədir. Bazarın rəhbərliyindən isə kamera qarşısında danışmaq istəyən olmadı.
Sahibkarlar isə ümid edirlər ki, onlara deyilənlər vəd olaraq qalmayacaq, yəni bazarın yerində tikiləcək yeni obyektlərdə fəaliyyət göstərmələri üçün şərait yaradılacaq.
Digər Xəbərlər
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

