Küçə ticarətinin qarşısı niyə alınmır?
Heç kimə sirr deyil ki, bu gün Bakıda bir küçə və prospektlərdə qanunsuz ticarət tüğyan edir. İnanmırsınız, çıxın şəhərə baxın görün düz deyirik, ya yox ! Sadəcə olaraq Bakıda küçə ticarəti bir çox vəzifə sahiblərinə sərf eləyir. Ona görə də, onlar buna göz yumur, daha dəqiq desək, münbit şərait yaradırlar.
Məsələn, Bakının Yasamal rayonunda bir çox küçələrdə antisanitariya şəraitində bu gün də, qanunsuz küçə ticarəti baş alıb gedir. Rayonun Bəxtiyar Vahabzadə küçəsində və Milli Elmlər Akademiyasına gedən yolda tozun- torpağın içində mer- meyvədən tutmuş göy-göyərti qədər hər şey satılır. Hətta balıq da var! Amma hamsı şəraitdə ?! Tamamilə antisanitariya şəraitində! Metronun" İnşaatçılar" satansiasının yağınlığında nə desən var.Alma, mandarin, armud, göy- göyərti və pendir, kolbasa , sosiska... Özü də çirkili bir şəraitdə.
Bu yaxınlarda həmin yerlərdə, konkret olaraq " İnşaatçılar" metrostansiyasının yaxınlığında Qida Təhlükəsizliyi Agentliyinin reydlər keçirib və burada bir çox nöqsanlar aşkarlanıb.Məlum olun ki,satılan məhsulların sağlamlıq sənədlər yoxdur və satıcıların özləri də lazımi hüquqi arayışları yoxlama orqanlarına təqdim edə bilməyib.
Məlum qurum qanun pozuntusu ilə bağlı icra orqanlarına məlumat verir. Və həmin ünvanlarda bu gün də küçə ticarəti tüğyan edir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

