“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

“Qarabağ” “Çelsi” oyununun biletləri sabah satışa çıxarılacaq.
Adalet.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:45-də başlayacaq.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.


Bakı -°C 














