27 Oktyabr 2025 09:13
85
İDMAN

“Real Madrid” “Barselona”nı məğlub etdi

İspaniya La Liqasında mövsümün ilk El-Klasikosu keçirilib.

Adalet.az xəbər verir ki, X tur çərçivəsində oynanılan “Real Madrid” – “Barselona” matçı “Santyaqo Bernabeu”da baş tutub.

Görüş “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Cud Bellinqem fərqləniblər. Kataloniya klubunun yeganə qoluna Fermin Lopez imza atıb.

Matçın 52-ci dəqiqəsində Mbappe penaltini dəqiq yerinə yetirməyib.

Hazırda “Real Madrid” 27 xalla turnir cədvəlinə başçılıq edir. Qonaqlar isə 22 xalla 2-ci sıradadır.