CAR Prezidentindən virusla bağlı ÇAĞIRIŞ
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa dünya ölkələrini Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusunun daha geniş yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı addımlar atmağa çağırıb.
Adalet.az xəbər verir ki, Ramafosa bu bəyanatı Afrika İttifaqının pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə nümayəndəsi qismində verib. Bildirilib ki, mövcud vəziyyət Afrika ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən birlik və operativ fəaliyyət tələb edir. “Erkən aşkarlanma, vaxtında məlumatlandırma və qətiyyətli addımlar epidemiyanın daha geniş regional böhrana çevrilməsinin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır”, - deyə Ramafosa vurğulayıb. O, Konqo Demokratik Respublikası, Uqanda, Afrika İttifaqının səhiyyə xidmətləri və Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə mübarizə istiqamətində gördüyü işləri yüksək qiymətləndirib./Modern.az
Digər Xəbərlər
24 Iyun 2026 09:33
İranın ABŞ-yə müqavimət göstərməyə nəyi vardı?
24 Iyun 2026 09:23
Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama
23 Iyun 2026 21:00
Qazaxıstan ilə Avropa İttifaqı arasında önəmli sazişlər imzalandı
23 Iyun 2026 20:31
“Döyüş meydanında reallıq tamamilə fərqli görünür”
23 Iyun 2026 19:32
Ərdoğan Polşa Prezidenti ilə təkbətək görüşüb
23 Iyun 2026 19:20
Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır
23 Iyun 2026 19:08
İranda üç günlük tətil elan ediləcək
23 Iyun 2026 18:43


Bakı -°C

