Moskvada partlayış: Ukrayna "ARbat"-ın komandiri Armen Sərkisyanı evinin içində "ovladı"
2024-cü ilin avqustunda ermənilərin “Arbat” (“Armyanskiy batalyon”) batalyonunun Rusiya tərəfdən Ukraynaya qarşı yenidən döyüşə qatıldığı ilə bağlı xəbər vermişdik.
Adalet.az xəbər verir ki, Moskvada, “Aviatsonnaya” küçəsində yerləşən "Qızıl yelkən" (Алые паруса) yaşayış kompleksinin 29 mərtəbəli binasının foyesində naməlum qurğu partlaması nəticəsində erməni “Arbat” batalyonunun qurucusu Armen Sərkisyan ölüb.
Məlumatı nüfuzlu News.ru saytı təsdiqləyib.
Moskva İstintaq Komitəsinin müstəntiq və kriminalistləri hadisə yerinə baxış keçiriblər. Prokurorluq cinayət işinin istintaqını nəzarətə götürüb.
Xatırladaq ki, "Arbat” batalyonu erməni muzdlularından təşkil olunaraq, Ukraynaya qarşı döyüşə 2022-ci ildə cəlb olunub.
2023-cü ilin iyulunda ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yaydı ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir. O vaxt Moskvadakı erməni katedralındə keçirilən yolasalma mərasimində iştirak edən "Arbat" könüllü batalyonunun fotoları yayıldı. Hətta Katalikosun nümayəndələrinin artıq yeni yaradılmış “Arbat” batalyonuna xeyir duası da fotolardan aydın oldu. Erməni muzdluları ilə bağlı məlumatlarda deyilir ki, bu tam bir ordu batalyonu olacaq və onun tərkibində 450 nəfərə qədər erməni vuruşacaq. Əlbəttəki Ermənistan hakimiyyəti və dövlət orqanları bundan xəbərsiz qala bilməzdi.
Haşiyədən çıxaraq , maraqlı bir nüansı diqqətinizə çatdırırıq. Deməli, erməni əsilli "Arbat" könüllü batalyonu dünya ermənilərinin onları Qafqaza yerləşdirən, onlara güc və cəsarət verən, dövlət quran Rusiyaya sadiqliyi və bu müharibədə Rusiyadan qazanacağı mənfəətdir. Ümumiyyətlə, dünya ermənilərinin Rusiya-Ukrayna müharibəsinə tipik baxışlarıdır.
Bildiyiniz kimi, dünyanın ən güclü diasporalarından biri olan erməni diaspor təşkilatları ABŞ-da yerləşir. Bunların maliyyələşməsinə həmin ölkənin erməni diasporu da yardım edir, dəstək verir. ABŞ nədənsə bu məsələdə susur və Ermənistandan izahatlar tələb etmir...Əksinə əlaqələri daha da genişləndirir.
Onu da xatırladaq ki, hələ 2022-ci ildə Ukrayna- Rusiya yenicə başlayan dönəmdə “Vahid Ermənistan” partiyasının lideri, “Erməni Qartalları” könüllü dəstəsinin komandiri, erməni polkovnik Xaçik Asryan öz sosial şəbəkə hesabında erməni xislətinə uyğun bir paylaşım etdi.O, “44 günlük müharibə”də Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yaydı.
Hətta Xaçik Asryan artıq bu müraciəti ilə bağlı hazırlıqlara başladığını bəyan etdi. Dəstə başçısı müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim etdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular, rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” Rusiya Prezidenti Vladimir Putinə müraciətdə birbaşa Donbasa getmək üçün izn istədilər. Bu müraciətdən sonra anlamaq çətin deyil ki, Ukraynada döyüşmək üçün uzaq Suriyadan döyüşçü dilənib gətirən Putin ermənilərin “arzusu”nu dərhal reaksiya verəcək, onları ordusuna qəbul edəcək, döyüşə göndərəcək. Yanılmadıq!
Bəli, 2023-cü ilin iyulunda erməni və rus mediası “Arbat”ın “boyunu “ nə qədər çox sevsələrdə , Ukraynalı hərbçilər elə döyüşə qatıldıqları ay Donetsk istiqamətində onları məhv etdi. Bu acını zəiflətmək üçün , erməniləri yenidən səfərbər edib Ukrayna torpaqlarına göndərmək üçün Rusiya prezidenti Vladimir Putin siyasi bir gediş etdi.
“Arbat”ın komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyanı yeni il öncəsi “İgidliyə görə” medalı ilə təltif etdi. Mükafatı Putin dekabrda Rostovda olarkən təqdim etdi. Bu isə artıq yaltaq və ikiüzlü erməni üçün bir həvəslənmə oldu.
Qasparyan ikinci dəfə “Arbat”ı yıxıldığı yerdən qaldıraraq başqa erməniləri də dəstəyə cəlb edə bildi. Odur ki, Arbat yenidən döyüşə girdi. Beləki, 2024-cü ilin 24 aprelində (?)" Arbat" batalyonu video ilə çıxış edərək bildirdi ki, Arbat hücum dəstəsinin və Rusiya Silahlı Qüvvələrinin 15-ci hücum briqadasının əsgərləri Novobaxmutovka kəndini azad (?)ediblər.
Əslində bu açıqlamadan sonra "Arbat" sahibsiz qalmalı idi və Ukrayna bunu bacardı.
Əntiqə Rəşid