Moskvadan uçan təyyarə Bakıda məcburi eniş etd
“Air Arabia" aviaşirkətinin Moskva-Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Bu barədə Adalet.az-a Heydər Əliyev Beynəlxalq Aeropotunun mətbuat xidmətindən bildirilib.
Bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.
“Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.
Digər Xəbərlər
04 Noyabr 2026 17:29
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
04 Noyabr 2026 12:18
Bakıda "Prado" ana və körpəsini vurdu - ANBAAN VİDEO
04 Noyabr 2026 10:13
İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb
04 Noyabr 2026 01:44


Bakı -°C

