"Mövcud tendensiya davam edərsə..." - İlham Əliyev
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən söyləyib.
Dövlətimizin başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”, - deyə Prezident bildirib.
Digər Xəbərlər
09 Oktyabr 2026 14:17
"Daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir" - Dövlət başçısı
09 Oktyabr 2026 14:16
"Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir" - Prezident
09 Oktyabr 2026 14:15
İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi
09 Oktyabr 2026 13:45
Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTOLAR
09 Oktyabr 2026 13:02
İlham Əliyev Putin və Berdiməhəmmədovla görüşdü - FOTO
09 Oktyabr 2026 12:38
Lukaşenko İlham Əliyevin bu qərarını tarixi an adlandırdı
09 Oktyabr 2026 12:15
Ceyhun Bayramov, Lavrov və Əraqçi ilə görüşdü - VİDEO
09 Oktyabr 2026 12:14


Bakı -°C

