Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
Hazırda mövsümi kəskin respirator virusların artması, qrip və digər infeksiyaların ağır keçməsi, insanların gec həkimə müraciət etməsi, zəifləmiş immunitet pnevmoniyanın yaranma səbəbləri ola bilər.
Adalet.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, insanların qapalı və zəif havalandırılan məkanlarda cəmləşməsi, hava-damcı yolu ilə ötürülən infeksiyaların əhali arasında yayılma sürətini nisbətən artırır: “İnfeksiyanın yayılma arealını məhdudlaşdırmaq üçün sanitariya qaydalarına riayət olunması və kollektiv immunitetin qorunması böyük əhəmiyyət kəsb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin kütləvi toplaşma yerlərindən uzaq durması tövsiyə olunur”.
“Xəstəliyin ilk klinik əlamətləri olan şəxslərin izolyasiyası, zəncirvarı yoluxma hallarının qarşısının alınmasında ən effektiv rol oynayır. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”,- mərkəzdən bildirilib.
Digər Xəbərlər
13 Fevral 2026 12:43
Özəl xəstəxanalara onkoloji tibbi xidmət göstərməyə icazə veriləcək
13 Fevral 2026 09:26
TƏBİB-in Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub
10 Fevral 2026 10:16
Səhiyyədə kağızsız dövr: e-Bülleten və e-Epikriz məlumatları necə mərkəzləşdirir?
09 Fevral 2026 17:31


Bakı -°C

