Mövzu xalq və dövlət olunca: 11 dəfə təşəkkür
Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqtona son səfəri əvvəlkilərdən tamamilə fərqli olduğunu artıq dünya mediası da israrla iddia edir.
Adalet.az xəbər verir ki, Zelenski ümumilikdə 4,5 dəqiqə ərzində Trampa təxminən 11 dəfə “sağ ol” deyib.
Məlumatı BBS yazıb.
Bu acı mənzərə Ukrayna xalqına və onun Ali Baş Komandanına böyük hörməti, simpatiyası olan hər kəsi üzüb.
Siyasətdən başqa hər bir şeyi, o cümlədən biznesi mükəmməl bilən ABŞ prezidentinin dağıdıcı gücünün qarşısında xalqının, dövlətinin məsuliyyətini dərindən anlayan Zelenskinin bu hərəkəti onu gözümüzdə daha da yüksəltdi.
Çünki tarixdə də buna bənzər olayların olduğu deyilir. Ölkəsini işğal etməyə gələn daha güclü hökmüdarı dayandırmaq, xalqını dövlətini qorumaq üçün özünü işğalçıya onun "qul"u kimi təqdim edən sultanlar olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Oktyabr 2026 19:41
Tramp Fransaya xəbərdarlıq etdi
18 Oktyabr 2026 14:50
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu - VİDEO
18 Oktyabr 2026 14:33
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
18 Oktyabr 2026 11:33


Bakı -°C

