adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2023 18:01
348
SİYASƏT

Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki baş konsuluna başsağlığı verib

Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.

Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.