"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir" - Prezident
Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Adalet.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə, həmçinin qeyd edilib: “Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir”.
Digər Xəbərlər
03 Noyabr 2026 19:45
“Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq"
03 Noyabr 2026 19:35
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
03 Noyabr 2026 18:41
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - ADLARI
03 Noyabr 2026 17:46


Bakı -°C

