MÜƏLLİMLƏRİ YENİCƏ MÜDAFİƏ ETMİŞDİK Kİ, TƏZƏ HOQQA ÇIXDI…
Mən həmişə müəllimin tərəfində olmuşam, müəllim lap haqsız olsa da. İpə-sapa yatmayan övladlarımızdan adam düzəltməyə çalışan müəllimlərdir. Yazmışam, yenə yazıram – bu qədər az maaşla Azərbaycanın gələcəyi üçün ağıllı, tərbiyəli, savadlı vətəndaş yetişdirən müəllimlərin hamısı Milli qəhrəmandır.
Bu yaxınlarda bir olay olmuşdu, bir məktəbin şagirdinin döyüldüyü haqda məlumat yayılmışdı. Sosial şəbəkələr partlayırdı, nə söz qalmadı müəllimlər haqqında yazılmasın.
Sonra Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirdi ki, şagird döyülməyibmiş, akt zalında başqa bir şagirdlə toqquşubmuş və sair və ilaxır. Aranın sakitləşməsindən heç iki gün keçmədi məlum oldu ki, Quba-Xaçmaz regional təhsil mərkəzinin rəhbəri məktəbdə bir oğlan uşağını saçı uzun olduğuna görə döyüb. Nəticədə istefa verməyə məcbur olub.
Mən də uzun saç saxlamağı xoşlayardım, amma buna görə müəllimlər məni döyməzdi. Hərdən mehribancasına başımı sığallayıb deyərdilər:
-Bu saç sənə yaraşr, amma məktəbliyə yaraşmır.
Mən də müəllimlərin sözünü yerə salmazdım, gedib saçımı kəsdirərdim və gözləyərdim ki, bir daha nə vaxt uzanacaq. Bu da bir-iki ay çəkərdi.
Layiq olmayan adamları yüksək vəzifəyə təyin edəndə nəticəsi də belə olar. Bu ərköyün müdir təkcə müəllim adına ləkə gətirməyib, böyük bir nazirliyin adına ləkə gətirib.
Şəkildən göründüyü kimi, yaraşıqlı gəncdir. Adamı vəzifəyə qoyanda yaraşığına görə yox, qabiliyyətinə görə qoyarlar.
Yaraşığa görə olsa Alen Delon ömürlük Fransanın prezidenti olardı.
Digər Xəbərlər
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05
LDU-da “Yeni il karnavalı” - FOTOLAR
25 Dekabr 2025 17:37
Müəllimlərin NƏZƏRİNƏ: sertifikasiya imtahanının mövzu və sualları məlum oldu
25 Dekabr 2025 12:17
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı
24 Dekabr 2025 10:21


Bakı -°C

