adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 May 2023 17:32
1496
AVTOMABİL

Muğanlı-İsmayıllı-Qəbələ yolunda yaşıllıq zonada olan ağaclar sayılıb

"Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə götürüləndən daha çox ağac əkiləcək". 

Adalet.az xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə  “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib. O bildirib ki, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb  və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub: 

"Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan ağaclar götürülüb, yerinə daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik olan ağaclar isə yeni ərazilərə köçürülürlər. Buna görə qərara alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha çox ağac əkilsin".