Mülki silahın əldə edilməsi ilə bağlı YENİLİK
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.
Digər Xəbərlər
23 Oktyabr 2026 14:02
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
23 Oktyabr 2026 14:01
Hindistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi
23 Oktyabr 2026 13:37
Ceyhun Bayramov: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
23 Oktyabr 2026 13:03
Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR
23 Oktyabr 2026 12:30
Prezidentdən Fərhad Xəlilovla bağlı SƏRƏNCAM
23 Oktyabr 2026 12:19
Hərbi qulluqçuların rütbə müddətləri DƏYİŞİR
23 Oktyabr 2026 12:04
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 12:01


Bakı -°C

