adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2022 11:49
800
ELM VƏ TƏHSİL

Müstəqil Azərbaycan

Hal-hazırda Azərbaycan dünya səviyyəsində müstəqil bir dövlətdir. Amma onun öz müstəqilliyini yaratması heçdə asan olmamışdır.

1918-ci ildə ilk dəfə olaraq Azərbaycan adında müstəqil və modern dövlət qurulmuşdu. Bu dövlət öz bəyannaməsində qeyd etmişdir ki, vətəndaşları arasında heç bir millət, məzhəb, sinif, cins fərqi olmayacaqdır. Respublikanın qurulmasında Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Behbud Cavanşir, Yusif Vəzirov və s. kimi görkəmli şəxsiyyətlərin rolu çox böyükdür. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bu dövlət cəmi 23 ay yaşamışdır. Ancaq, mən belə düşünürəm ki, o, öz üzərinə düşən missiyanı yerinə yetirmiş, bu vaxt ərzində böyük işlər görmüşdü. Bu işlərə Bakını erməni-bolşevik işğalçılarından azad etmək, bir çox yeni qanunlar qəbul etmək, ana dilini bütün təhsil müəssisələrində qəbul etmək, Gəncənin tarixi adını geri qaytarmaq kimi məşəqqətli işlər daxildir.

1991-ci ildə isə Azərbaycan Sovet İttifaqının dağılması nəticəsində ikinci dəfə müstəqilliyini bərpa etmişdi. Bu illərdə, Azərbaycanda daxili böhran baş qaldırmış və artıq nəyəsə " DUR! " demək vaxtı gəlib çatmışdı.

Daha sonra isə xalqın səsinə böyük şəxsiyyət Heydər Əliyev səs verdi. Bu insan öz gördüyü işlərlə azərbaycanlıların əziz xatirəsində silinməz iz qoydu.

Biz azərbaycanlılar öz tariximizi bilir və onunla qürur duyuruq. İstəyim, bundan sonrada hər birimizin hür yaşamasıdır. Müstəqillik günümüz mübarək olsun!

 

Həzili Türkanə

S. Abbasov adına Çəmənli kənd tam orta məktəbin 8-ci sinif şagirdi