Müxlis Cənizadənin xatirə günüdür
Bu gün Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti Müxlis Cənizadənin xatirə günüdür.
O, 1928-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Dövlət Teatr İnstitutunda Kazım Ziyanın kursunda təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərib. O aktyorluq sənəti ilə yanaşı, dublyaj sənətinin də sirlərinə yiyələnib. Aktyor daha çox bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi də tanınıb.
1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib.
Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır.
Aktyor bir çox filmlərdə rol alsa da, o, daha çox “Dəli Kür” filmində Kipiani obrazı ilə tanınıb.
Əməkdar artist Müxlis Cənizadə 1972-ci il dekabrın 10-da ağır xəstəlikdən vəfat edib.
Əntiqə
Digər Xəbərlər
19 Oktyabr 2026 13:59
"44" bədii filminin növbəti tizeri yayımlanıb - VİDEO
19 Oktyabr 2026 12:13
Alyona Əliyeva konsertdə - FOTOLAR
17 Oktyabr 2026 17:24
Fulya Öztürk “44”dən danışdı - “Dəqiqələrlə ağladım” - VİDEO
16 Oktyabr 2026 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
13 Oktyabr 2026 19:12
Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
13 Oktyabr 2026 14:23
Arzu Əliyevadan Özgeyə xoş sözlər - “Çox gözəlsən”
13 Oktyabr 2026 12:35
Telli Pənahqızı: “İnsanlar maariflənməli, inkişaf etməlidir, cəhalətdə boğulmamalıdır”
13 Oktyabr 2026 10:33


Bakı -°C

