Narkotik satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı
Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Adalet.az-a verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
22 Yanvar 2026 16:42
Zərdabda odlu silah tapıldı
22 Yanvar 2026 10:07
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO
22 Yanvar 2026 09:36
Saatlıda 6 kq narkotik vasitə aşkarlandı - VİDEO
21 Yanvar 2026 17:02
Ağcabədidə əməliyyat - Bir nəfər həbs edildi - VİDEO
21 Yanvar 2026 12:32
“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olundu - VİDEO
21 Yanvar 2026 11:53
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - VİDEO
21 Yanvar 2026 10:53
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
21 Yanvar 2026 10:16


Bakı -°C

