NASA-dan yadplanetlilərlə bağlı açıqlama
BŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən paneldə daha əvvəl Naməlum Uçan Cisim kimi tanınan Naməlum Hava Fenomeni ilə bağlı yeni hesabat açıqlayıb.
Adalet.az xarici mənəbəyə istinadən xəbər verir ki, paneldə çıxış edən NASA prezidenti Bill Nelson, Meksika parlamentində sərgilənən və yadplanetliyə aid olduğunu iddia edən mumiya şəkilləri ilə bağlı sualı belə cavablandırıb: "Mən də sizin kimi sosial mediada izlədim və əlimizdə şəkillərdən başqa məlumat yoxdur".
Hesabatda NASA-nın kosmos araşdırmaları mövzusunda tamamilə şəffaf olduğu və yalnız elmi məlumatlara əsaslanan məlumatları paylaşacağı bildirilib. Bu günə qədər elmi olaraq izah edilən heç bir "sirli göy cismi"nin olmadığı açıqlanıb. Nelson açılış nitqində "Biz keçmiş və indiki həyat əlamətlərini axtarırıq və araşdırmaq, hadisələrin necə yarandığını soruşmaq bizim qanımızda var" deyib.
Emin
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

