adalet.az header logo
  • Bakı -°C
21 Fevral 2026 10:57
75
DÜNYA
A- A+

NASA martda Aya astronavt göndərməyi planlaşdırır

ABŞ Aerokosmik Agentliyi NASA Artemis-2 missiyasını martda həyata keçirə bilər.

Adalet.az xəbər verir ki, bu barədə NASA-nın sözçüsü Lori Qleyz məlumat yayıb.

“Qış simulyasiyaları uğurla başa çatdığı üçün biz martın 6-da raketi buraxa bilərik. Lakin bir məsələdə açıq danışacam: bu tarix hər an dəyişilə bilər” – deyə Qleyz vurğulayıb.

Start Florida ştatındakı Kanaveral burnundan həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ-nin ilk astronavtları Aya ilk dəfə təxminən 50 il əvvəl ayaq basıblar. Artemis-2 missiyasında isə Yerin təbii peykinə eniş planlşdırılmır.