adalet.az header logo
  • Bakı -°C
03 Yanvar 2026 15:50
134
DÜNYA
A- A+

NATO: ABŞ Venesuela əməliyyatı barədə alyansı xəbərdar etməyib

ABŞ Venesuela ilə bağlı hərbi planları barədə NATO müttəfiqlərini məlumatlandırmayıb.

Adalet.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ABŞ-nin Avropadakı tərəfdaşları Venesuelada baş verənlər barədə məlumatı əsasən kütləvi informasiya vasitələrindən əldə ediblər. Bu səbəbdən Avropa ölkələri hələlik vəziyyətlə bağlı vahid mövqe formalaşdıra bilməyiblər.