adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2024 17:12
274
DÜNYA

"NATO Rusiya ilə birbaşa hərbi münaqişəyə girmək istəmir"

Macarıstanlı politoloq Qabor Ştir hesab edir ki, qərb siyasətçilərinin verdikləri bəyənatlara  baxmayaraq, NATO Rusiya ilə hərbi münaqişədə maraqlı deyil.

 "Cəmiyyət narahatdır, lakin NATO konkret olaraq Rusiya ilə üz-üzə gəlmək istəmir. Onlar ( məsələn Makron... R.H) çox şey danışa bilərlər, amma alyansın bunu istəməməsi dəqiqdir"-deyə Ştir bildirib.

 Politoloqun sözlərinə görə, avropalılar sözdə çoc məsələni planlaşdıra bilərlər, lakin onların məqsədləri yoxdur. Rusiya  və ABŞ isə münaqişənin əhatəsinin genişlənməsini istəmirlər.

 Bütün bunlara baxmayaraq, Rusiya hər bir halda raket təlimlərinə başlayıb. RF-sı təhlükəsizlik şurası sədrinin müavini Dmitri Medvedyev bəyan edib ki, Rusiya Qərbin Ukrayna münaqişəsinə qoşulma ehtimallarına qarşı daima hazır olmalıdır.

  Rüstəm Hacıyev