Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.
Adalet.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.
Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.
Layihə müzakirələrdən sonra III oxunuşda qəbul olunub.
Digər Xəbərlər
22 Noyabr 2026 16:36
Allahşükür Paşazadə Moskvaya səfər edib
22 Noyabr 2026 16:22
Görünüş məsafəsi məhdudlaşacaq
21 Noyabr 2026 18:00
Leyla Əliyeva Hanoydakı açılış mərasimində - FOTOLAR
21 Noyabr 2026 14:50
Hanoyda Prezident və xanımının şərəfinə rəsmi nahar verildi - FOTOLAR
21 Noyabr 2026 11:42
Aqil Abbas: "Bu, təkcə Ağdamın yox, bütün Azərbaycanın bayramıdır!" - VİDEO
21 Noyabr 2026 11:00
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
21 Noyabr 2026 10:20
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə belə hazırlıq görülüb - VİDEO
21 Noyabr 2026 10:07


Bakı -°C

