Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırladı, yeni vəzifəsi ilə bağlı qonağı təbrik etdi.
Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirdi, ölkəmizin də ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan Prezident İlham Əliyev artıq regionda yeni vəziyyətin yarandığını, bir ildən çox müddətdir ki, sülh şəraitində yaşadığımızı bildirdi.
ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.
Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd olundu.
Digər Xəbərlər
22 Noyabr 2026 16:40
Dünyanın bölüşdürülməsi... - Səxavət Məmməd yazır
22 Noyabr 2026 14:24
Bu kadrlar arasında 43 il fərq var - VİDEO
22 Noyabr 2026 12:48
İlham Əliyev Livan Prezidentini təbrik etdi
21 Noyabr 2026 22:50
İlham Əliyevin sosial media hesablarında Vyetnam səfərinə dair videoçarx paylaşıldı
21 Noyabr 2026 22:10
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
21 Noyabr 2026 22:00
TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq - Paşinyan açıqladı - YENİLƏNİB
21 Noyabr 2026 19:00
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - Sənədlər mübadilə olundu - YENİLƏNİB + FOTOLAR
21 Noyabr 2026 17:00


Bakı -°C

