adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 12:48
43
SİYASƏT
A- A+

İlham Əliyev Livan Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti general Jozef Auna təbrik məktubu göndərib. 

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".