adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Avqust 2021 12:36
12792
ELM VƏ TƏHSİL

Naxçıvanda məktəbəqədər hazırlıq qruplarına qəbulla bağlı YENİLİK

Bu ildən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində təşkil olunan məktəbəqədər hazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin əməkdaşı Elçin Kərimov deyib. Onun sözlərinə görə, artıq üçüncü tədris ilidir ki, ölkə üzrə məktəbəqədər hazırlıq quplarına qəbul elektron proqram təminatı vasitəsilə aparılır. Naxçıvanda isə bu, yenilikdir.

"2021-2022-ci ildə təşkil olunacaq məktəbəqədər hazırlıq qrupuna 2016-cı ildə anadan olan uşaqlar qəbul ediləcək. Məktəbəqədər hazırlıq qruplarına qəbul icbari olmadığından bura cəlb olunmayan uşağın birinci sinfə qəbulu ilə bağlı heç bir məhdudiyyət yoxdur".(trend)