Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir
Mayın 2-dən Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir.
Adalet.az xəbər verir ki, mayın 2–3 və 10–11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.
İmtahan qrafikinə əsasən, 2 may alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri, 3 may riyaziyyat, kimya, biologiya müəllimləri, 10 may fizika, ibtidai sinif və coğrafiya müəllimləri, 11 may fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Təhsilverənlərdən xahiş olunur ki, şəxsi kabinetlərinə daxil olaraq imtahan tarixi, mərkəzi və seans vaxtı ilə bağlı məlumatları öncədən dəqiqləşdirsinlər. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.
Digər Xəbərlər
29 Aprel 2026 12:12
“Əgər məktəbdə iş tərbiyə, nəsihət, psixoloq söhbətindən ötübsə...”
29 Aprel 2026 11:05
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
29 Aprel 2026 10:13
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır
28 Aprel 2026 14:41


Bakı -°C

