adalet.az header logo
  • Bakı -°C
09 Fevral 2026 11:46
86
GÜNDƏM
A- A+

Naxçıvanın yeni Baş naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub.

Adalet.az-ın məlumatına görə, Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. 

Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini,

2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Dövlət qulluğunun müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Evlidir, iki övladı var.