“Əgər bir xalqı məhv etməyə çalışan qüvvələr varsa...”
“Kütlələrə, xalqa təsir edən sistem özəl ola bilməz. Bu, dünyanın hansısa mərkəzlərindən idarə olunan qüvvələrdir. Ona görə də bunlar dövlət nəzninə keçirilməlidir. Dövlət nəzarəti, senzura olmalıdır və başqa çıxış yolu yoxdur, ola da bilməz. Bu çox təhlükəli, ciddi prosesdir və biz bunun hara getdiyini görürük. Dəyərlərimiz, mənəviyyatımız, ailə sistemimiz gözümünüz qabağında məhv olur”.
Bunu Adalet.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.
O, bildirib ki, bunların hamısı təhlükədir:
“Artıq 20 ildir deyirik, izah edirik, amma təəssüf ki, heç bir reaksiya yoxdur. Bununla bağlı nə deputatlarımız, nə də ziyalılarımız narahat olur. Ümumiyyətlə, Azərbaycanda ziyalı yoxdur, mən görməmişəm. Ziyalı Azərbaycan xalqının milli-mənəvi dəyərlərini müdafiə edən, onun üçün xalqı ayıltmağa çalışan insanlardır. Yəni bir xalqın ki, bu məsələlərinə səsini çıxarmır, izah etmir, əksinə zərər verəcək çıxışlar edirlərsə, onları ziyalı adlandırmaq olmaz. Bu baxımdan dediyim kimi vəziyyət çox təhlükəlidir. Əgər bir xalqı məhv etməyə çalışan qüvvələr varsa, dövlətin borcu o xalqı müdafiə etməkdir. Ümumiyyətlə, dövlətin tək bir vəzifəsi var, həmin ərazidə yaşayan xalqın fiziki və mənəvi sağlamlığını qorumaq. Vəssalam! Dövlətin vəzifəsi bundan ibarətdir. Bizi həm fiziki, həm də mənəvi cəhətdən məhv etməyə çalışan qüvvələr varsa, dövlət ən sərt tədbirlərə əl atmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Noyabr 2026 19:27
"Göy məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz" - BƏYANAT
11 Noyabr 2026 17:49
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
11 Noyabr 2026 17:04
9 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Noyabr 2026 16:24
Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
11 Noyabr 2026 16:20
COP31-də Heydər Əliyev Fondunun pavilyonu açılıb - FOTO
11 Noyabr 2026 15:56
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
11 Noyabr 2026 15:50
Vətəndaşlara “AzParking” adından saxta bildirişlər göndərilir - Xəbərdarlıq - FOTO
11 Noyabr 2026 15:47


Bakı -°C

