Ramil Usubov MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə iştirak etdi
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən XIV görüşündə iştirak edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 9-da Rusiyanın paytaxtı Moskvada keçirilən görüşə qatılıb.
Tədbirdə müasir dövrdə beynəlxalq təhlükəsizliyə qarşı təhdidlər və çağırışlar, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri, eləcə də irimiqyaslı təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin və ərazilərin təhlükələrdən qorunması məsələləri müzakirə olunub.
Həmçinin iştirakçı dövlətlər arasında operativ informasiya mübadiləsinin təkmilləşdirilməsi və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Gündəlikdəki mövzularla bağlı çıxış edən Ramil Usubov Azərbaycanın üzləşdiyi müasir çağırış və təhdidlərə qarşı həyata keçirilən tədbirlər, aidiyyəti dövlət qurumlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıb.
O, MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin dövrün sürətlə dəyişən tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.
Digər Xəbərlər
11 Noyabr 2026 18:15
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTOLAR
11 Noyabr 2026 17:25
İlham Əliyev COP31 Liderlər Sammitində - YENİLƏNİB + FOTOLAR
11 Noyabr 2026 15:07
Əliyevlə Ərdoğanın səmimi anları - FOTOLAR
11 Noyabr 2026 14:52
Ərdoğan Azərbaycana təşəkkür etdi
11 Noyabr 2026 14:46
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
11 Noyabr 2026 13:18
Hulusi Kılıç: Türkiyə və Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır
11 Noyabr 2026 13:00
"Onların sosial müdafiəyə 9 min borcu var" - Deputat nazirə müraciət etdi
11 Noyabr 2026 11:48


Bakı -°C

