Hulusi Kılıç: Türkiyə və Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır
“Azərbaycan və Türkiyə prezidentlərinin Şuşadan verdikləri mesajlar iki ölkə arasındakı münasibətləri pozmağa çalışanlara ən gözəl cavab oldu”.
Adalet.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, diplomat Hulusi Kılıç bildirib.
Onun sözlərinə görə, Qarabağın qəlbi və tacı olan Şuşa 8 Noyabr – Zəfər Günündə Azərbaycan və Türkiyə xalqlarına ikinci bayram sevinci yaşadıb.
“Zəfər Gününün altıncı ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Şuşadan verdiyi görüntülər və mətbuata açıqlamaları Türk dünyasında, eləcə də dost ölkələrdə böyük sevinc və məmnunluqla qarşılanıb. Digər tərəfdən, bu görüntülər və açıqlamalar son dövrlərdə iki ölkə arasındakı münasibətləri pozmağa çalışan məlum dairələrə də ən yaxşı cavab oldu”, – sabiq səfir vurğulayıb.
Hulusi Kılıç bildirib ki, 8 Noyabrdan sonra Türkiyə-Azərbaycan münasibətləri əvvəlki dövrlə müqayisədə daha da güclü və qətiyyətli şəkildə davam edəcək:
“Əslində, iki qardaş ölkə Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunmasının qarantıdır. Bu səbəbdən region ölkələri Türkiyə-Azərbaycan münasibətlərini yaxından izləyirlər”.
Diplomat iki ölkə lideri arasındakı güclü qardaşlıq bağlarının və sıx əməkdaşlığın Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə də mühüm təsir göstərəcəyini qeyd edib.
“İki lider arasındakı güclü qardaşlıq bağları və sıx əməkdaşlıq təbii olaraq Türk Dövlətləri Təşkilatına da öz təsirini göstərəcək. Bundan sonra Türk Dövlətləri Təşkilatı daha sürətlə inkişaf edəcək, güclənəcək və dünyada layiq olduğu yeri tutacaq”, – deyə Hulusi Kılıç bildirib.
Sabiq səfir açıqlamasını “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türkiyə-Azərbaycan birliyi!” sözləri ilə yekunlaşdırıb.
Digər Xəbərlər
11 Noyabr 2026 13:36
İlham Əliyev COP31 Liderlər Sammitində - CANLI -YENİLƏNİB
11 Noyabr 2026 11:48
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 11:15
“Avropasız danışıqlar və müəyyən atəşkəs razılaşması mümkün hesab olunsa da...”
11 Noyabr 2026 11:06
“Zelenski Ankaranın Kremlə təsir etməsini istəyir”
11 Noyabr 2026 08:12
“Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir”
10 Noyabr 2026 19:30
İlham Əliyev Türkiyəyə getdi - FOTO
10 Noyabr 2026 16:21
”6 il əvvəl yaranan yeni reallıqlar Azərbaycanın suverenliyinin tam bərpası ilə daha da möhkəmləndi”
10 Noyabr 2026 13:44


Bakı -°C

