Nazir: Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənəcək
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər zaman möhkəm olub və bundan sonra daha da möhkəmlənəcək.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı ilə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər xalqlar arasında ən yüksək səviyyədə olan dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik münasibətləri də rəsmiləşdirilib.
Onun sözlərinə görə, yaxın və qardaşlıq münasibətləri digər ölkələrdə baş verən proseslərin və fərqli fikirlərin mövcudluğunu istisna etmir.
“Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydın və açıqdır. Azərbaycanın öz inkişaf modeli var və ölkəmiz bu modelə uyğun inkişaf edir. Hesab edirik ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir və bundan sonra daha da möhkəm olacaq”, – Ceyhun Bayramov vurğulayıb.
Digər Xəbərlər
19 Noyabr 2026 21:45
Tiflisdə baş verən faciə ilə bağlı XİN-dən bəyanat...
19 Noyabr 2026 21:00
Prezidentin Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşıldı
19 Noyabr 2026 20:40
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib - FOTOLAR
19 Noyabr 2026 20:02
Prezidentlə xanımı Vyetnamda belə qarşılandılar - VİDEO
19 Noyabr 2026 18:35
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
19 Noyabr 2026 17:11
İlham Əliyev xanımı ilə Vyetnama səfər etdi - FOTOLAR
19 Noyabr 2026 13:48
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
19 Noyabr 2026 13:46


Bakı -°C

