Nazir gələn ildən maaşların vergiyə cəlb olunmasından danışdı
"Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib".
Digər Xəbərlər
05 Noyabr 2026 11:40
Çipsi aksizli mal olacaq
05 Noyabr 2026 10:00
Demokratların qələbəsindən sonra ABŞ-nin iqtisadi siyasətində ciddi dəyişiklik gözləmək olarmı?
05 Noyabr 2026 09:52
“Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan...”
05 Noyabr 2026 09:41
"Brent" ucuzlaşdı
05 Noyabr 2026 07:42
Qızılın qiyməti 4 100 dolları ötüb
04 Noyabr 2026 13:43
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
04 Noyabr 2026 12:46
Gələn ildən bu müavinətlər artırılır - Rəqəmlər
04 Noyabr 2026 11:54


Bakı -°C

