Nazir: Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur
Qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur.
Adalet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib:
“Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 faiz idisə, bu gün həmin göstərici 90 faizin üzərindədir”.
Nazir vurğulayıb ki, Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə müsbət dinamikadan xəbər verir:
“Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkədə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir. Bütün bunlar isə Azərbaycanın onkoloji xidmətinin və onun 85 yaşlı flaqmanı olan Milli Onkologiya Mərkəzinin doğru yolla inkişaf etməsinin göstəricisidir”.
Digər Xəbərlər
11 Yanvar 2026 14:20
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03
Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
05 Yanvar 2026 19:00
Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTOLAR
05 Yanvar 2026 10:07


Bakı -°C

