"Nə almışıqsa, pulla almışıq" - İlham Əliyev
"Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
"Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir", - deyə dövlət başçısı qeyd edib. .
Digər Xəbərlər
02 Oktyabr 2026 18:32
"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20
MN-in Baş direktoru “ADEX 2026” sərgisində görüşlər keçirib
02 Oktyabr 2026 17:01
“Hərənin arxasında, böyük bir dayı var” - İlham Əliyev
02 Oktyabr 2026 16:30
“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
02 Oktyabr 2026 16:10
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi - YENİLƏNİB
02 Oktyabr 2026 15:48


Bakı -°C

