Nəbatat Bağında piknik yeri bağlandı
Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.
Adalet.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.
Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında bir neçə gün əvvəl azyaşlını ilan sancmışdı. Rəsmi açıqlamada isə orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğu bildirilmiş, ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilmişdi.
Bundan sonra isə iyulun 30-dan bağda sanitar-gigiyena tədbirləri çərçivəsində genişmiqyaslı dezinfeksiya işlərinə başlanılıb. Bağın giriş hissəsi, uşaq meydançası və piknik zonasına xüsusi preparatlar tətbiq edilərək təmizlənib. Ümumi dezinfeksiya işləri sistemli şəkildə davam etdirilir.
Digər Xəbərlər
26 May 2026 08:43
"Böyük qayıdış": Üzü Ağdama
25 May 2026 19:50
Sürücüləri cəzalandırmaq yox, maarifləndirmək istəyirik...
25 May 2026 19:15
Sabah yağış yağacaq
25 May 2026 16:25
İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir
25 May 2026 15:36
Şuşaya ilk köç çatdı - YENİLƏNİB
25 May 2026 12:29
130 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb
25 May 2026 12:17
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTOLAR
25 May 2026 12:06


Bakı -°C

