Neftçala ərzaq bazarında nöqsanlar aşkarlandı - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında plandankənar yoxlama keçirilib.
Adalet.az xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.
Belə ki, satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib, məhsullar üzərində etiket məlumatları olmayıb. Balıq və süd məhsullarının soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib.
Xüsusilə bazarda mal qonşuluğu və tez xarab olan qida məhsullarının satışına dair tələblərinin pozulması halları müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub. Bazarda süd və süd məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
AQTA tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür.
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

