"Neftçi"nin "yox" deməsinə Qurban Qurbanovdan reaksiya
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı müraciətə qarşı tərəfin “yox” deməsinə münasibət bildirib.
Adalet.az xəbər verir ki, o, Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşləri çərçivəsində “Şamaxı”ya 1:2 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb:
“Mən ümumiyyətlə hər bir hadisəyə normal yanaşıram. Burada məsələ kimin haqlı, kimin haqsız olduğu deyil. Biz matçın təxirə salınması üçün PFL-ə müraciət etmişdik, amma razılaşmadılar. Onların da öz planları var. Sadəcə narahat olduğum məqam qısa zamanda bir neçə oyun keçirməyimiz idi. Bundan əvvəl də olub ki, biz oyunların yerini və ya zamanını dəyişmişik. Bəlkə də “Neftçi” ilə belə hal olmayıb. Bununla razılaşmadılar deyə kimdənsə küsmürük, incimirik. Sadəcə daha dərindən düşünüb hərəkət etməliyik”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində fevralın 24-dən 25-nə keçən gecə “Nyukasl”a qarşı keçirəcəkləri matçdan öncə baş tutmalı olan “Neftçi” ilə görüşün təxirə salınmasını istəmişdi. Bakı klubu isə Ağdamlıların fevralın 21-də oynanılacaq bu qarşılaşmanın təxirə salınması ilə bağlı müraciətinə “yox” cavabı vermişdi.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

