"Nənə-baba" abidəsinin varlığı daha məni narahat etmir, çünki..."- ŞƏRH

Həmişə, ağlım kəsəndən, Xankəndidə 1967-ci ildə tikilmiş "Nənə-baba" (tatik-papik) abidəsi məndə qıcıq yaradıb. Hələ separatçılar şənliklərini bu abidənin ətrafında keçirəndə oynayıb- gülüb-sevinəndə utanırdım, ağlayırdım, əsəb keçirirdim. Çünki, o abidə əslində "Biz və Bizim dağlar" adını daşıyırdı.
Ermənilər qəsdən o adı vermişdilər. Düşünürdüm ki, kaş əlimdə bir əlac olaydı, o abidəyə bir "bomba" qoya biləydim. Nəzərimdə 2020 -ci il qələbəsindən sonra bu heykəl ilk növbədə yıxılmalı olan heykəllərdən biriydi. çünki qondarma respublikanın əsas simvoluydu, hətta qondarma respublikanın qondarma gerbində də yer alırdı. Necə ki, Türkiyəyə məxsus Ağrı dağı Ermənistanın gerbində yer alır, bax elə... Abidənin memarı da Azərbaycanda yaşayan erməni Sarkis Baghdasaryan olub. Bu heykəl Eurovision mahnı müsabiqəsinin 2009-cu ildə keçirilən yarışlarında Ermənistanın çıxışından öncə reklam çarxına daxil edilmişdi, lakin Azərbaycan XİN qəti şəkildə etiraz etmiş və nəticədə reklam çarxından həmin hissə silinmişdi.
Separatizm Qarabağda köklü şəkildə inkişaf etdikcə abidənin separatçılar üçün önəmi də böyüyürdü. Beləki, 2013-cü ilin sentyabrında Moskva şəhərində yaşayan erməni iş adamı Karen Avaqumyanın maddi vəsaiti hesabına abidəni yenidən qurdular.
Bir çoxunuzun yadında olar bəlkədə ...2018-ci il idi. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində festival keçirilirdi. Festivala Qafqaz xalqları da dəvətliyidi. Həmin festivalda Azərbaycan pavilyonu "Biz və bizim dağlar" abidəsi formasında tərtib olundu. Ermənilər buna dözərdilərmi? Xeyir! Elə bir hay-küy qaldırdılar, elə bir şüvən saldılar ki gəl görəsən...Festivalın təşkilatçılarına sübut etməyə çalışırdılar ki, bəs bu abidə "erməni mədəni sərvəti"dir. Beynəlxalq təşkilatlara şikayət şikayət dalınca ünvanlandı. Amma, hər şey Azərbaycanın istəyinə uyğun davam etdi.
Bəli, artıq Azərbaycan bu abidəni mədəni sərvətlərinin bir nümunəsi kimi qəbul edib. Çünki bizim torpağımızda olan bizimdir.
P.S. Bu gün isə Azərbaycan müzəffər ordusuna, Şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizə və Ali Baş Komandana hədsiz minnətdaram. Çünki indi o abidənin varlığı məni qətiyyən əsəbləşdirmir. Çünki onun ətrafında separatçılar şənlik keçirmir, Azərbaycan polisi xidmət keçir
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezident onları ayaq üstə alqışladı - VİDEO

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi GÖRÜNTÜLƏRİ

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

"Kəngərlidə daha çox ev tikiləcək" - İlham Əliyev

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında - FOTOLAR + YENİLƏNİB
