Nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 faizdən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % və 2,4 % artım müşahidə olunub.
Adalet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib. Yüklərin 7 506,7 min tonu və yaxud 45,8 %-i dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu və yaxud 30,5 %-i avtomobil nəqliyyatı, 3 896,5 min tonu və yaxud 23,7 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2 %-ni və yaxud 9 707,6 min tonunu tranzit yüklər təşkil edib.
Digər Xəbərlər
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39
200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
22 Dekabr 2025 17:46
Azərbaycan benzininin Ermənistandakı satış qiyməti AÇIQLANIB
22 Dekabr 2025 17:27
Balıqçılıqla bağlı vergi güzəşti kürü istehsalına aid olmayacaq
22 Dekabr 2025 14:23
“Bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə təsir edir...”
22 Dekabr 2025 13:22


Bakı -°C

