Nərimanovda 5 kq narkotiklə saxlanılan şəxs həbs olundu - VİDEO
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübləi bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
06 May 2024 15:40
Saxta uduşlu lotoreya dələduzluğu aşkarlandı
06 May 2024 14:59Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO
06 May 2024 11:546.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
06 May 2024 10:21Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı
06 May 2024 09:49