Nəticəsi Aşıq Ələsgərin abidəsi ilə bağlı söz-söhbətə son qoydu
Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılması çox mühüm mədəniyyət hadisəsidir. Bunu saz-söz xiridarları, Ələsgərsevərlər uzun illərdir həsrətlə gözləyirdi. Şükür ki, bu arzumuza çatdıq.
Adalet.az xəbər verir ki, bu fikirləri "Azərtac"a açıqlamasında “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib.
Onun sözlərinə görə, abidə çox möhtəşəmdir: “Hündürlüyü 4 metrdir. Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatına aid tarixlər yer alıb. Həmçinin abidənin iki mərkəzi küçənin kəsişdiyi məkanda ucaldılması bizi çox sevindirir. Aşıq Ələsgərin abidəsinin ucaldılması bütövlükdə saz-söz sənətinə verilən dəyərdir. Milli-mənəvi dəyərlərimizi bu gün yaşatmaq bizi çox sevindirir, qürurlandırır”.
Digər Xəbərlər
07 Oktyabr 2026 14:29
Kimya üzrə Nobel mükafatı laureatları məlum oldu
06 Oktyabr 2026 15:19
Sea Breeze ərazisində ilk CineMastercard açılacaq
06 Oktyabr 2026 14:28
"44" bədii filminin daha bir tizeri yayımlanıb - VİDEO
06 Oktyabr 2026 11:36
"Şahənşah"-da Ədəbi Məclis
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20


Bakı -°C

